Bank Of Baku

Azərbaycanda ali məktəblərə qəbulla bağlı III ixtisas qrupu üzrə minimal bal həddi endirilib

Azərbaycanda ali məktəblərə qəbulla bağlı III ixtisas qrupu üzrə minimal bal həddi endirilib
# 08 iyul 2009 15:31 (UTC +04:00)
Bu barədə APA-ya Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat katibi Elnur Nağızadə bildirib. Onun sözlərinə görə, ötən illə müqayisədə III ixtisas qrupunun nəticələri bir qədər aşağı olub. Buna görə də normal müsabiqə vəziyyəti yaratmaq üçün TQDK müsabiqəyə buraxılmaq üçün minimal balı 250-ə endirmək qərarına gəlib. Minimal balı 250 və daha çox olan abituriyentlər ixtisas seçimi müsabiqəsində iştirak edə biləcəklər. Bu zaman abituriyentlərin hər fənn üzrə topladığı nisbi bal 10-dan az olmamalıdır. Ümumi balı 350-dən yuxarı olan abituriyentlərin müsabiqəyə buraxılması üçün isə ayrı-ayrı fənlər üzrə nisbi bal məhdudiyyəti aradan götürülüb. Azərbaycan bölməsinin III ixtisas qrupunun DT alt qrupunda xarici dil fənninə nisbi bal məhdudiyyəti tətbiq olunmur.
Qeyd edək ki, III ixtisas qrupunda ixtisas seçimi iyulun 25-dən avqustun 3-ə qədər keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR