Bank Of Baku

Ekologiya və Təbii Sərvətlər Nazirliyi cari ilin ilk beş ayı ərzində qanun pozuntularına görə 488664,5 manat məbləğində cərimə tətbiq edib

Ekologiya və Təbii Sərvətlər Nazirliyi cari ilin ilk beş ayı ərzində qanun pozuntularına görə 488664,5 manat məbləğində cərimə tətbiq edib
# 09 iyul 2009 07:08 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ətraf mühitin mühafizəsinə nəzarəti həyata keçirən qurumları tərəfindən 2009-cu ilin ilk beş ayı ərzində hüquqi, fiziki şəxslər və vətəndaşlar tərəfindən yol verilmiş qanun pozuntularına görə 1340 akt və protokol tərtib olunub, müəyyən edilmiş nöqsanların aradan qaldırılması üçün müvafiq qanunvericiliyə əsasən 370 icrası məcburi olan göstəriş verilib.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qanun pozuntusuna yol verdiklərinə görə hüquqi və fiziki şəxslərə qarşı, ümumilikdə 303 iş üzrə 488664,5 manat məbləğində cərimə tətbiq edilib. Ətraf mühitə dəymiş ziyanla bağlı 357 iş üzrə 400870,89 manat məbləğində iddia qaldırılıb, 1384 iş üzrə 479162,28 manat məbləğində ödəmə tətbiq olunub. Tədbir görülməsi üçün məhkəmələrə göndərilmiş 111 işdən 22-nə, Məhkəmə Nəzarətçilərinə və Məhkəmə İcraçılarına göndərilmiş 186 işdən 14-nə baxılaraq müvafiq tədbirlər görülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR