Bank Of Baku

Polis Akademiyasına və MTN Akademiyasına imtahanların nəticələri açıqlanıb

Polis Akademiyasına və MTN Akademiyasına imtahanların nəticələri açıqlanıb
# 09 iyul 2009 07:36 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Xüsusi təyinatlı ali məktəblərinin III ixtisas qrupuna daxil olan ixtisasları üzrə sənəd vermiş abituriyentlərin nəticələri açıqlanıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Polis Akademiyasına keçid balı 407, Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Akademiyasına isə 423 bal olub.
Müsabiqə nəticəsində Polis Akademiyasına qəbul olunmuş tələbələrin siyahısı Daxili İşlər Nazirliyinə (DİN) , Milli Təhlükəsizlik Nazirliyinin Akademiyasına qəbul olunmuş tələbələrin siyahısı isə MTN-ə göndərilib.
Adı çəkilən ali məktəblərə sənəd vermiş və müsabiqədən keçmiş tələbələr müvafiq olaraq DİN-in Polis Akademiyasına və MTN-nin Akademiyasına müraciət edərək qeydiyyatdan keçməlidirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR