Bank Of Baku

Azərbaycanın bəzi rayonlarında leysan yağacaq, dolu düşəcək

Azərbaycanın bəzi rayonlarında leysan yağacaq, dolu düşəcək
# 09 iyul 2009 09:26 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan APA-ya verilən məlumata görə, hava səhər və gündüz əsasən yağmursuz olacaq. Cənub küləyi əsəcək, axşam şimal-qərb küləyinə keçəcək. Havanın temperaturu gecə 19-23 dərəcə, gündüz 29-33 dərəcə, Abşeron çimərliklərində dəniz suyunun temperaturu 26-27 dərəcə isti olacaq.

İyulun 11-də hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Şimal-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 19-22 dərəcə, gündüz 28-31 dərəcə isti olacaq. İyulun 12-də havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, şimal küləyinin əsəcəyi, arabir güclənəcəyi gözlənilir. Havanın temperaturu gecə 20-23 dərəcə, gündüz 29-33 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında iyulun 10-da gecə və axşam saatlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Yağışın lokal leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 18-23 dərəcə, gündüz 29-34 dərəcə, dağlarda gecə 9-14 dərəcə, gündüz 19-24 dərəcə isti olacaq.

İyulun 11-12-də əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. İyulun 12-də hava, əsasən yağmursuz keçəcək, qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 19-24 dərəcə, gündüz 30-33 dərəcə, dağlarda gecə 9-14 dərəcə, gündüz 20-25 dərəcə isti olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR