Bank Of Baku

Azərbaycanın Milli Arxiv İdarəsi ilə Gürcüstan Milli Arxivi arasında əməkdaşlıq haqqında memorandum imzalanıb

Azərbaycanın Milli Arxiv İdarəsi ilə Gürcüstan Milli Arxivi arasında əməkdaşlıq haqqında memorandum imzalanıb
# 09 iyul 2009 12:15 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycanın Milli Arxiv İdarəsi ilə Gürcüstan Milli Arxivi arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Bu barədə APA-ya Milli Arxiv İdarəsinin direktor müavini Kamal Ağayev bildirib. Onun sözlərinə görə, tərəflər informasiya və peşə təcrübəsi mübadiləsi daxil olmaqla, hərtərəfli əməkdaşlığı inkişaf etdirmək, hər iki ölkənin tarixi üçün əhəmiyyət kəsb edən materiallarla öz fondlarını və kolleksiyalarını zənginləşdirmək və tamamlamaq məqsədi ilə xüsusi sorğu vəsaitləri hazırlamaq, informasiya arxiv sənədlərinin sürətlərinin ətraflı mübadiləsini təşkil etmək, bir-birini arxiv sənədlərinin nəşrləri, elmi və metodiki ədəbiyyatla tanış etmək, elmi görüşlər və arxiv sərgiləri təşkil etmək, hər iki ölkənin dövlət arxivləri arasında birbaşa əlaqələri dəstəkləmək, elmi tədqiqatların tələblərinə uyğun olan arxiv sənədlərindən və yardımçı vəsaitlərdən sərbəst surətdə istifadə etmək barədə razılığa gəliblər. Memoranduma əsasən, arxivlərdəki surətlər və mikrofilmlər yalnız elmi-tədqiqat məqsədləri və hər iki ölkənin tarixinə aid digər mühüm tədbirlər üçün istifadə edilə bilər. İstənilən bu növ sənədlər yalnız qarşı tərəfin razılığı ilə dərc edilə bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR