Bank Of Baku

“Abituriyent” jurnalının "İxtisas seçimi zamanı nələrə diqqət yetirməli" adlı xüsusi buraxılışı nəşr edilib

“Abituriyent” jurnalının "İxtisas seçimi zamanı nələrə diqqət yetirməli" adlı xüsusi buraxılışı nəşr edilib
# 09 iyul 2009 14:12 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) III ixtisas qrupunun abituriyentləri üçün “Abituriyent” jurnalının "İxtisas seçimi zamanı nələrə diqqət yetirməli" adlı xüsusi buraxılışını nəşr etdirib. TQDK-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, vəsaitdə 2009-2010-cu tədris ili üçün ali məktəblərin III ixtisas qrupunda təhsil formaları (ödənişsiz və ödənişli əsaslarla), Azərbaycan və rus bölmələri və hər iki bölmənin birgə müsabiqəsi üçün tələbə qəbulu planı, müsabiqədə iştirak etmək şərtləri, müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlərin imtahan ballarının paylanmasına dair məlumatlar, xüsusi qabiliyyət tələb edən ixtisaslara tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün qoyulan tələblər (minimal test imtahanı balı minimal qabiliyyət imtahanı balı) barədə ətraflı məlumatlar verilib.
Analoji vəsait I ixtisas qrupu üzrə qəbul imtahanından 2 gün sonra dərc edilib abituriyentlərin istifadəsinə veriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR