Bank Of Baku

Gürcüstanın Cəzaların İcrası və Hüquqi yardım Nazirliyinin iki illik hesabatı dinlənilib

Gürcüstanın Cəzaların İcrası və Hüquqi yardım Nazirliyinin iki illik hesabatı dinlənilib
# 09 iyul 2009 15:47 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Bu gün Gürcüstanın Cəzaların İcrası və Hüquqi yardım Nazirliyinin iki illik hesabatının təqdimatı keçirilib. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, təqdimat barədə nazir Dmitri Şaşkinin əvəzinə, nazirliyin çərçivəsində fəaliyyət göstərən cəzaların icrası və hüquqi yardım təşkilatının direktor müavini İrakli Kakabidze məlumat verib. O, iki il müddətində Gürcüstan ərazisində fəaliyyət göstərdiklərini qeyd edib. Gürcüstanın 10 bölgəsində büro və pulsuz hüquqi yardım mərkəzlərinin fəaliyyət göstərdiyini qeyd edən İ. Kakabidze bildirib ki, hələlik Samsxet-Cavaxeti bölgəsində fəaliyyət dairəsini genişləndirə bilmirlər.
O, APA-ya açıqlamasında bildirib ki, nazirliyin Kvemo-Kartli bölgəsinin mərkəzi sayılan Rustavi şəhərində də ofisi fəaliyyət göstərir: ”Çox təəssüf edirik ki, azərbaycanlılar bizim ofisə vaxtında müraciət etmirlər. Burada dil baryeri də maneçilik törədir. Buna görə də bəzən elə olur ki, təqsirləndirilən etnik azlıqların nümayəndələrinə lazımi hüquqi yardım edə bilmirik. Məhz buna görə də azərbaycanlıların kompakt yaşadığı Marneuli bölgəsində yeni pulsuz hüquqi yardım məsləhət mərkəzi açmaq fikrindəyik. Düşünürəm ki, bu vətəndaşlarımız olan azərbaycanlılar üçün də hüquqi yardımı gücləndirmək üçün maarifləndirmə üsulu olacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR