Bank Of Baku

Üç rayonda əkin sahələrinin suvarma suyu ilə təmin olunması üçün tədbirlər görüləcək

Üç rayonda əkin sahələrinin suvarma suyu ilə təmin olunması üçün tədbirlər görüləcək
# 10 iyul 2009 08:18 (UTC +04:00)
Göyçay. Şahnəzər Bəşirov-APA. Göyçay, Ucar və Ağdaş rayonlarının kənd yaşayış məntəqələrindəki sudan istifadə edənlər birliklərinin (SİB) fəaliyyəti təkmilləşdiriləcək və nəticədə suvarılan əkin sahələri genişlənəcəkdir. APA-nın yerli bürosunun xəbərinə görə, bu məqsədlə Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinin layihə üzrə mütəxəssisləri həmin rayonlardan olan yerli fermerlər və SİB-lərin rəhbərləri ilə görüşlər keçirib. Görüşlərdə Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fondun (İFAD) nümayəndəsi Marina Blaqoyoviç də iştirak edib. Layihənin baş mühəndisi Arzuman Məmmədov görüşlərin tanışlıq xarakteri daşıdığını və layihənin həyata keçirilməsindən öncə yerlərdə texniki-iqtisadi əsaslandırma işlərinin aparılacağını bildirib. Sorğu əsasında ümumi ərazisi və suvarılmayan torpaq sahələri çox olan kəndlər, onların əhalisinin həyat tərzi, məşğuliyyəti, eləcə də əhalini suvarma suyu ilə lazımınca təmin etmək imkanı olmayan SİB-lər müəyyən edildikdən sonra gələcəkdə bu sahədəki problemlərin birgə həlli istiqamətində işlərin görülməsi mümkün olacaq. Məqsəd SİB-lərə köməklik göstərmək, onların maddi-texniki bazasını gücləndirmək, yerlərdə suvarma suyu ilə bağlı mövcud çətinlikləri aradan qaldırmaq və suvarılan əkin sahələrinin genişləndirilməsinə nail olmaqdır.
Xatırladaq ki, bu işlərin Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fondun və İslam İnkişaf Bankının krediti əsasında maliyyələşdirilən “Düzən Şirvan kənd layihəsi” çərçivəsində həyata keçirilməsi planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR