Bank Of Baku

Məleykə Abbaszadə abituriyentlərə xəbərdarlıq edib

Məleykə Abbaszadə abituriyentlərə xəbərdarlıq edib
# 10 iyul 2009 10:45 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. “Qəbul imtahanlarına mobil telefonla gələn bütün abituriyentlərin imtahan nəticələri ləğv olunacaq”. APA-nın məlumatına görə, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, iyulun 5-də ali məktəblərin III ixtisas qrupunun imtahanında imtahan zalına telefon keçirməyə cəhd edən 7 abituriyentin imtahan nəticələri ləğv olunub: “Həmin imtahanda abituriyentlərin böyük əksəriyyətin qızlar təşkil edirdi. Qızlar isə adətən nizam-intizama daha çox tabe olurlar. İyulun 12-də keçiriləcək I ixtisas qrupu imtahanında isə iştirakçıların əksəriyyətini oğlanlar təşkil edəcək. Ona görə də mən TQDK-nın xəbərdarlığını bir daha çatdırıram”.
TQDK sədrinin sözlərinə görə, təəssüf ki, biliyi aşağı səviyyədə olan abituriyentlər məhz bu metoddan yararlanmağa və imtahan keçirən orqanı aldatmağa səy göstərirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR