Bank Of Baku

Azərbaycanın 5 rayonunda floranın mühafizəsi ilə bağlı 16 iş üzrə məhkəməyə müraciət olunub

Azərbaycanın 5 rayonunda floranın mühafizəsi ilə bağlı 16 iş üzrə məhkəməyə müraciət olunub
# 10 iyul 2009 11:20 (UTC +04:00)
Bakı-APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsi nəzarət etdiyi inzibati ərazilərdə - Quba, Qusar, Xaçmaz, Dəvəçi, Siyəzən rayonlarında reyd və yoxlamalar keçirərək bu ilin 6 ayı ərzində 82 akt və protokol tərtib edib. Bu barədə APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Atmosfer havasının mühafizəsi sahəsində 13 akt və protokol tərtib edilib və 9 məcburi göstəriş verilib. Müəssisə və təşkilatlara 3230 manat məbləğində məcburi ödəmə hesablanmış və ödənilməsi təmin edilib.
Su mühafizəsi sahəsində 13 akt tərtib edilib, 11 məcburi göstəriş verilib. Müəssisə və təşkilatlara 4031 manat məbləğində məcburi ödəmə hesablanıb və ödənilib.
Yerin təkinin mühafizəsi sahəsində 5 akt tərtib edilib, 3 məcburi göstəriş verilib. 1 nəfər 800 manat məbləğində cərimə olunub, 3 nəfərə qarşı 170,5 manat məbləğində iddia qaldırılıb.
Ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsinə görə 9 akt və protokol tərtib edilib. 2 nəfər 4000 manat məbləğində cərimə edilmiş, 7 məcburi göstəriş verilib. Müəssisə və təşkilatlara 773 manat məbləğində məcburi ödəmə hesablanıb. 2 iş məhkəmə orqanlarına göndərilib.
Floranın mühafizəsi sahəsində 38 akt və protokol tərtib edilib. Qanunu pozan 17 nəfər 10550 manat məbləğində cərimə olunub, 18 nəfərə qarşı 1576 manat məbləğində iddia qaldırılıb. 9 nəfər 1266,5 manat məbləğində cərimə, 12 nəfər tərəfindən isə 1002,7 manat məbləğində iddia ödənilib. 16 iş tədbir görülməsi üçün məhkəmə orqanlarına göndərilib.
Faunanın mühafizəsi sahəsində 4 protokol tərtib edilib, 1 nəfər 700 manat məbləğində cərimə olunub və ödənilməsi təmin olunub. 1 iş isə tədbir görülməsi üçün məhkəmə orqanlarına göndərilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR