Bank Of Baku

Məleykə Abbaszadə: “III ixtisas qrupuna keçirilən imtahanın nəticələri məni qane etmir”

Məleykə Abbaszadə: “III ixtisas qrupuna keçirilən imtahanın nəticələri məni qane etmir”
# 10 iyul 2009 11:31 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Orta məktəblərin bu ilki məzunları arasında ali məktəblərin III ixtisas qrupuna sənəd verən abituriyentlərin 25 faizi cəmi 0-100 bal nəticə göstərib. APA-nın məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bildirib. III ixtisas qrupunun nəticələrinin onu qane etmədiyini deyən TQDK sədrinin sözlərinə görə, 18 957 məzundan 4550-si bu nəticəni göstərib: “Biz bu nəticələri tam şəkildə Təhsil Nazirliyinə təqdim edəcəyik və birgə təhlillər aparacağıq. Orta təhsil proqramının 50 faizini öyrənən abituriyent minimum 350 bal toplamalıdır”.

TQDK sədri bildirib ki, ümumilikdə III ixtisas qrupunda 34198 abituriyent imtahan verib. İmtahanın nəticələrinə əsasən xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqə iştirakçıları istisna olmaqla, 10595 abituriyent müsabiqədə iştirak etmək hüququ əldə edib: “Bu ixtisas qrupu üzrə 675-700 bal toplayan abituriyentlərin sayı DT (dil və tarix) alt qrupunda 16, XH (xarici dil və hüquq) alt qrupunda isə 25 nəfərdir. Bu şəxslər təbii ki, seçdikləri ixtisasa tam sahib ola biləcəklər. 650-674 bal toplayan abituriyentlərin sayı 89, 625-649 bal toplayan abituriyentlərin sayı 195, 600-624 bal toplayan abituriyentlərin sayı isə 336 nəfərdir. Təbii ki, imtahanın nəticələri aşağı olan abituriyentlər yüksək bal tələb edən ixtisasları seçsələr, qəbul ola bilməyəcəklər. İxtisas seçimi apararkən abituriyentlər diqqətli olmalıdırlar. 300-dən aşağı nəticə göstərən abituriyentlər regional ali məktəbləri və özəl ali məktəbləri ixtisas seçiminə daxil etsələr, qəbul olunmaq ehtimalları var”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR