Bank Of Baku

TQDK bir sıra xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqə şərtlərini dəyişdirib

TQDK bir sıra xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqə şərtlərini dəyişdirib
# 10 iyul 2009 11:43 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bir sıra xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqə şərtlərini dəyişdirib. APA-nın məlumatına görə, bunu TQDK sədri Məleykə Abbaszadə deyib. O bildirib ki, bu addım abituriyentlər arasında normal müsabiqə vəziyyəti yaratmaq məqsədilə atılıb. Bakı şəhəri üzrə təsviri sənət istiqamətinin rəngkarlıq ixtisasında minimal test balı 90-a, qrafika ixtisası üzrə 60-a, heykəltəraşlıq ixtisası üzrə 50-yə endirilib. Musiqi sənəti istiqamətinin orkestr alətləri ixtisası üzrə minimal test balı 50-yə, xalq çalğı alətləri ixtisası üzrə 80-ə, solo oxuma ixtisası üzrə 50-yə, bəstəkarlıq ixtisası üzrə 90-a endirilib. Teatr, kino, xoreoqrafiya sənəti istiqamətinin xoreoqrafiya ixtisası üzrə minimal test balı 50-yə düşüb.

Naxçıvan şəhərində təsviri sənət istiqamətinin təsviri incəsənət və rəsmxət ixtisası üzrə minimal test balı 130-a, musiqi sənəti istiqamətinin fortepiano və orkestr alətləri ixtisasları üzrə 90-a, musiqişünaslıq ixtisası üzrə 80-ə endirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR