Bank Of Baku

Səbail, Yasamal və Nəsimi rayonlarının bəzi ərazilərinə içməli suyun verilməsi məhdudlaşdırılıb

Səbail, Yasamal və Nəsimi rayonlarının bəzi ərazilərinə içməli suyun verilməsi məhdudlaşdırılıb
# 10 iyul 2009 13:04 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. Bu gün səhər saatlarından Bakının Səbail, Yasamal və Nəsimi rayonlarının bəzi ərazilərinə içməli suyun verilməsi qismən məhdudlaşdırılıb. Bu barədə «APA-Economics»ə «Azərsu» SC-nin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Aqşin Rüstəmov məlumat verib.

A. Rüstəmovun sözlərinə görə, məhdudiyyət Bakı Metropoliteninin üçüncü növbəsinin «Şimal» sahəsində «Azadlıq» və «Müşfiq» stansiyaları arasında tunelin tikintisi ilə əlaqədar 900, 500 və 200 mm diametrli su borularının köçürülməsi ilə bağlıdır. Günün sonunadək boruların köçürülməsi və suyun verilməsindəki məhdudiyyətin aradan qaldırılması nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR