Bank Of Baku

«Azərsu» bu ilin 6 ayı ərazində 27 698 sayğac quraşdırıb

«Azərsu» bu ilin 6 ayı ərazində 27 698 sayğac quraşdırıb
# 10 iyul 2009 13:26 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. Cari ilin yanvar-iyun aylarında «Azərsu» SC tərəfindən abonentlərin su xətlərinin üzərində 27 698 sayğac quraşdırılıb. Bu barədə «APA-Economics»ə «Azərsu» SC-dən məlumat verilib.

Bununla da sayğaclaşdırılmış abonentlərin ümumi sayı iyulun 1-i tarixinə 339 883 olub. Bu sayğacların 319 693-ü əhali, 20 190-ı isə qeyri-əhali kateqoriyasının payına düşüb. Sayğacların 274 331-i Bakı şəhəri üzrə quraşdırılıb.

Sayğaclaşdırma göstəricisi Bakı şəhəri üzrə 52,9%, o cümlədən paytaxtın əhali kateqoriyası üzrə 51,7% təşkil edib.

Qeyd edək ki, hazırda «Azərsu» SC-nin 957 148 abonenti var. Bunun 518 613-ü Bakı şəhərində, qalanı isə digər iri şəhərlər və rayon mərkəzlərindədir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR