Bank Of Baku

Türk Dünyası Riyaziyyatçıları Cəmiyyətinin növbəti konqresi Azərbaycanda keçiriləcək

Türk Dünyası Riyaziyyatçıları Cəmiyyətinin növbəti konqresi Azərbaycanda keçiriləcək
# 10 iyul 2009 13:33 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva - APA-Economics. Türk Dünyası Riyaziyyatçıları Cəmiyyətinin (TDRC) təşəbbüsü ilə Almatıdakı Əl-Fərabi adına Qazaxıstan Milli Universitetində türk dünyası riyaziyyatçılarının 3-cü konqresi keçirilib. Azərbaycan Milli Elmlər Akademiyasından “APA-Economics”ə verilən məlumata görə, konqresdə dünyanın 15 ölkəsinin, o cümlədən Azərbaycan, ABŞ, Türkiyə, Özbəkistan, İran, Türkmənistan, Qazaxıstan, Qırğızıstan, Belarus və Rusiyanın elmi tədqiqat institutları və ali təhsil müəssisələrinin 600-dən artıq alimi iştirak edib.
Konqresdə bölmələr üzrə riyaziyyatın müxtəlif sahələrinə aid bu elmin uğurları və inkişaf perspektivləri, ölkələr arasında elmi əlaqələrin genişləndirilməsi, elmi tədqiqat işlərində informasiya texnologiyalarının tətbiqi, beynəlxalq əlaqələrin dərinləşdirilməsi və digər mövzularda 600-ə yaxın məruzə dinlənilib.
Türk Dünyası Riyaziyyatçıları Cəmiyyəti idarə heyətinin qərarı ilə Əl-Fərabi adına Qazaxıstan Milli Universitetinin rektoru Bakıtjan Jumaqulov TDRC-nin prezidenti, Türkiyə nümayəndəsi Etibar Pənahov və AMEA-nın həqiqi üzvü Fikrət Əliyev vitse-prezident seçiliblər. Yeni seçilən idarə heyətində Azərbaycan alimləri Bilal Bilalov və Yusif Qasımov da təmsil olunublar.
Türk Dünyası Riyaziyyatçıları Cəmiyyətinin növbəti konqresi Azərbaycanda keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR