Bank Of Baku

Elmira Süleymanova Almaniyanın insan hüquqları siyasəti və humanitar yardım üzrə müvəkkili ilə görüşüb

Elmira Süleymanova Almaniyanın insan hüquqları siyasəti və humanitar yardım üzrə müvəkkili ilə görüşüb
# 11 iyul 2009 09:35 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Ombudsman Elmira Süleymanova Almaniyanın insan hüquqları siyasəti və humanitar yardım üzrə müvəkkili Günter Nookeni qəbul edib. Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tanışlıq məqsədi daşıyan görüşdə E. Süleymanova “İşgəncə və digər qəddar, qeyri-insani, ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya”nın Fakültativ Protokolunun Azərbaycan tərəfindən ratifikasiya olunduğunu, prezidentin müvafiq sərəncamı üzrə bu sənəddə nəzərdə tutulmuş milli preventiv mexanizmin funksiyalarını yerinə yetirən təsisat qismində insan hüquqları üzrə müvəkkilin müəyyən edildiyini vurğulayıb. Ombudsman Azərbaycanda İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edildiyini də deyib.

G. Nooke isə bu günlərdə gənc fəallar Emin Milli və Adnan Hacızadənin iki şəxs tərəfindən zorakılığa məruz qalaraq həbs olunmasında narahatlığını ifadə edib. E. Süleymanova faktla bağlı məlumat alınan kimi aparatın əməkdaşlarının Səbayel rayon Polis İdarəsi tərəfindən şübhəli şəxs qismində tutulmuş və Xətai rayon Polis İdarəsinin müvəqqəti saxlanma təcridxanasında saxlanılan gənclərlə görüşdüyünü, müvafiq araşdırma apardığını söyləyib. O, dərhal daxili işlər nazirinə və baş prokurora müraciət edərək başlanmış cinayət işinin istintaqının obyektiv aparılmasının nəzarətə götürülməsini, saxlanmanın qanuniliyinin yoxlanılmasını, bu gənclərə qarşı zorakılığa yol vermiş şəxslərin müəyyənləşdirilərək qanunvericilikdə nəzərdə tutulmuş qaydada cəzalandırılmasını, məhkəməyədək məsələnin barışıq yolu ilə həll edilməsinin mümkünlüyünün nəzərdən keçirilməsini xahiş etdiyini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR