Bank Of Baku

5 saylı Birləşmiş Uşaq Xəstəxanasının baş həkimi və baş mühasibi saxlanılıb - YENİLƏNİB

5 saylı Birləşmiş Uşaq Xəstəxanasının baş həkimi və baş mühasibi saxlanılıb - <font color=red>YENİLƏNİB</font>
# 11 iyul 2009 10:57 (UTC +04:00)
Hüquq-mühafizə orqanlarından APA-ya bəlli olub ki, həmin şəxslərlə yanaşı, xəstəxananın baş həkimi də polisdə olub. Bakı şəhər Baş Səhiyyə İdarəsinin rəisi Leyla Seyidbəyova isə APA-ya bildirib ki, 5 saylı Birləşmiş Uşaq Xəstəxanasının baş həkimi polisə çağırılan tibbi bacılarından biri hamilə olduğuna görə onlarla gedib: “Baş həkimi polisə aparmayıblar. Sadəcə, tibb bacılarının diplomlarının saxta olub-olmadığını yoxlamaq üçün onlar polisə çağırılıblar. Tibb bacılarından biri hamilədir. Orada halı pisləşər deyə, baş həkim də onlarla gedib”.

L. Seyidbəyova bildirib ki, səhiyyə nazirinin əmri ilə xəstəxanalara işə qəbul baş həkimlər tərəfindən aparılır: “Polisə belə informasiya çatıb ki, guya bu xəstəxanada işləyən iki nəfərin diplomu saxtadır. Çünki “Loğman” məktəbi ilə bağlı saxta diplomların verilməsi faktı çox olub. Araşdırmadan sonra isə aydınlaşıb ki, həmin şəxslər “Loğman” Tibb Məktəbini qanuni fəaliyyət göstərdiyi vaxt bitiriblər”.

Səhiyyə Nazirliyindən də APA-ya bildirilib ki, “Loğman” Tibb Məktəbini bitirmiş iki nəfər 5 saylı Birləşmiş Uşaq Xəstəxanasına işə götürülüb. Hazırda həmin məktəblərin diplomları tanınmadığına görə, onlar polisə çağırılıb və diplomları yoxlanılıb. Xəstəxananın baş həkimi də onlarla birlikdə polisə gedib. Sözügedən şəxslər “Loğman” Tibb Məktəbini 2002-2003-cü ildə, qanuni fəaliyyət göstərərkən bitirdiklərinə görə sərbəst buraxılıblar.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən isə APA-ya bildirilib ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində 5 saylı Birləşmiş Uşaq Xəstəxanasının baş həkimi Raifə Naci xəstəxananın baş mühasibi Sürəyya Məmmədova ilə birlikdə Bakı şəhər sakini Sarvan Paşayev vasitəsi ilə Aygün Əsgərova və İlhamə Nəsibovanın adlarına "Loğman" Tibb Mərkəzini bitirmələri barədə saxta diplomu sifariş edib aldıqlarına görə saxlanılıblar. Araşdırma aparılır.

Qeyd edək ki, “Loğman” tibb məktəbinin fəaliyyəti 2006-cı ilin may ayında Nazirlər Kabinetinin qərarı ilə dayandırılıb. Məktəbin qanunsuz tələbə qəbulu aparması faktı ilə bağlı Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən araşdırma aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR