Bank Of Baku

Bu gün Azərbaycanda ali məktəblərin I ixtisas qrupu üzrə qəbul imtahanı keçirilir

Bu gün Azərbaycanda ali məktəblərin I ixtisas qrupu üzrə qəbul imtahanı keçirilir
# 12 iyul 2009 08:10 (UTC +04:00)
Bakı və Sumqayıt şəhərlərinin orta məktəblərindən 2471 nəzarətçi müəllimin iştirak etdiyi imtahana 243 imtahan rəhbəri cəlb olunub. Bu il I ixtisas qrupu üzrə 35811 abituriyent ərizə verib. Sənəd verənlərin 32963 nəfəri Azərbaycan bölməsinin, 2848 nəfəri isə rus bölməsinin məzunudur. Bu ixtisas qrupu üzrə təhsil almaq istəyən 195 abituriyent xarici ölkələrin vətəndaşıdır. Ən yaşlı abituriyent 1951-ci il, ən gənc isə 1994-cü il təvəllüdlüdür. Bakıda 29907, Naxçıvanda 1363, Sumqayıtda isə 4541 abituriyent imtahan verir.

İmtahandan dərhal sonra müstəqil ekspertlər tərəfindən I ixtisas qrupu üzrə test suallarının ekspertizası aparılacaq. Saat 19.30-da «Space» telekanalının canlı efirində TQDK-nın məsul əməkdaşları və ekspertləri tərəfindən imtahanda istifadə olunmuş sualların düzgün cavabları barədə məlumat veriləcək. İmtahanda istifadə olunmuş sualların düzgün cavabları eyni zamanda TQDK-nın internet saytında yerləşdiriləcək.

I ixtisas qrupu üzrə qəbul imtahanı başa çatdıqdan dərhal sonra cavab kartlarının emalına başlanacaq və test imtahanının nəticələri qısa müddətdə TQDK-nın internet saytında yerləşdiriləcək. Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla “İmtahancell” xidməti vasitəsilə öyrənə biləcəklər.

I ixtisas qrupunda xüsusi qabiliyyət imtahanı tələb edən ixtisaslara qəbul olmaq istəyən və qabiliyyət imtahan komissiyasında qeydiyyatdan keçmiş abituriyentlər iyulun 16-dən 23-dək qabiliyyət imtahanı verməlidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR