Bank Of Baku

Builki çimərlik mövsümündə Xəzərin Lənkəran ərazisində suda boğulma faktı qeydə alınmayıb

Builki çimərlik mövsümündə Xəzərin Lənkəran ərazisində suda boğulma faktı qeydə alınmayıb
# 12 iyul 2009 13:27 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev - APA. “Xəzər dənizinin Lənkəran ərazisindəki çimərliklərindən bir neçə dəfə nümunələr götürülərək, bakterioloji və sanitar-kimyəvi göstəricilər üzrə yoxlanılıb, nəticədə suyun təhlükə mənbəyi olmadığı təsdiqini tapıb”. Bu açıqlamanı APA-nın cənub bürosuna Lənkəran Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) direktoru Habil Sadıqov verib. Onun sözlərinə görə, hazırda rayondakı çimərliklərdən yalnız biri qanuni fəaliyyət göstərir, digər qeyri-qanuni ərazilərdən isə icazəsiz tikilmiş ticarət və iaşə obyektlərinin sökülməsi prosesinə başlanıb. Bu iş bilavasitə Şəhər İcra Hakimiyyətinin tikinti və memarlıq şöbəsinin mütəxəssisləri tərəfindən həyata keçirilir.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Sularda Xilasetmə Xidmətinin (DSXX) cənub dalğıc-axtarış qrupunun rəisi İlkin Ağayev isə APA-nın yerli bürosuna çimərlik zonasına 12 nəfərlik heyətin nəzarət etdiyini bildirib. Onun sözlərinə görə, heyət iki “Yamayka” markalı xilasedici motorlu kater və digər müvafiq avadanlıqlarla təchiz olunub. Mövsüm başlayandan indiyədək Lənkərandakı dənizdəki çimərliklərdə boğulma faktının qeydə alınmadığını diqqətə çatdıran İ. Ağayev bölgə üzrə 7 istirahət zonasında 8 xilasedicinin köməyindən yararlandığını qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR