Lilian Türam: “Dünyada yalnız bir irq var – insan irqi” - EKSKLÜZİV
- Bunun tarixi mənim uşaqlığıma gedib çıxır. Bu, mənim yaşadığım həyatdan irəli gəlir, bu həyat 9 yaşında Parisin əyalətinə gəlmiş və dərisinin rənginin hamı tərəfindən qəbul olunmadığını anlayan bir uşağın tarixçəsidir. O zamandan mən artıq bəzi fikirlərlə yaşamağa məcbur oldum və hər zaman bu irqçiliyin haradan gəldiyi ilə də maraqlandım. Bu məsələ ilə bağlı tarixi kitablar da oxuyurdum. Anladım ki, irqçilik problemi bəzi insanlar arasında meydana çıxan anlaşılmazlıqdan qaynaqlanır. Yəni bəzi insanlar özlərini digərlərindən üstün tuturlar. Yəni bu heç də qaradərili insanlarla bağlı problem deyil. Məsələn ola bilsin ki, azərbaycanlılar da Avropada, Fransa, İtaliya, İspaniya və yaxud Rusiya kimi ölkələrdə belə problemlərlə üzləşirlər və irqçiliyə məruz qalırlar. Əminəm ki, bu gün bəzi insanlar arasında olna bu kimi problemlər ilk öncə onlar arasında olan anlaşılmazlıqdan irəli gəlir. Buna görə də cəmiyyətə verdiyim mesaj belədir - bizimlə birgə yaşamaq hüququ olan digər insanlara, qadın və kişilərə başqa gözlə baxmamalıyıq. Birgə yaşamağı öyrənməli, bunun üçün ifrat milli, dini və irqi baxışlardan azad olmalıyıq. Bunun o qədər də asan olmadığını bilirəm və hesab edirəm ki, bu işə məktəblərdən başlamaq lazımdır.
- Rəhbərlik etdiyiniz fond irqçiliklə mübarizə sahəsində işini necə qurur?
- Hesab edirəm ki, dünyada yeganə irq var, bu da sadəcə insan irqidir. Bu bir şüar deyil, bir reallıqdır. İnsanlar deyirlər ki, bir çox irqlər var, amma əslində bizim hamımızın kökü bir nöqtədən gəlir. Bizim hamımızı birləşdirən cəhətlər, fərqləndirən cəhətlərdən çoxdur, insanlar bu reallığı qəbul etməlidir. İnsanlar arasında fiziki fərqlilik var, əgər fiziki fərqlilik iqlim dəyişməsi nəticəsində baş veribsə, digər fərqlilik mədəniyyətlərimizdədir. Məsələn, siz azərbaycanlılar, təbii ki fransızlardan mədəniyyət baxımından çox fərqlisiniz, amma bioloji olaraq eyni insanlarıq. Ona görə də insanlıq bu konsepsiyaya daha çox diqqət yetirməlidir. Bu konsepsiya bizləri bir-birimizə çox yaxınlaşdırır, bir-birimizə hörmətlə yanaşmağı, birgə yaşamağı öyrədir. Hər kəs anlamalıdır ki, qloballaşan dünyamız getdikcə kiçilir və bu kiçik dünyada birgə yaşamağı öyrənməliyik.
Bizim təşkilatımız beynəlxalq təşkilatdır, ancaq indiki məqamda əsasən Fransada çalışırıq və İspaniyada bir özəyimiz var. Bununla belə digər ölkələrdə də irqçilik problemləri ilə yaxından maraqlanırıq. Təəssüflə qeyd etməliyəm ki, irqçilik problemi bu və ya digər formada bütün ölkələrdə mövcuddur. Azərbaycandakı vəziyyətdən xəbərim yoxdur, lakin ümumi olaraq deyə bilərəm ki, hər bir ölkə bu problemi aradan qaldırmaq üçün öz tarixinə nəzərə salmalıdır. Çünki biz insanlar bir-birimizdən nə üstün, nə də aşağıyıq, biz eyni və bərabərik.
- Parlaq idman karyeranızdan sonra ictimai işlərlə məşğul olmaq darıxdırıcı deyil ki?
- Mən hələlik ciddi siyasi karyera ilə məşğul olmuram. Sadəcə bir neçə məsələ var ki, mənim təbiətimə yaxın olduğu üçün bu işlərlə məşğul olmağa dəyərdi. Çünki bunlar cəmiyyəti dəyişdirəcək və bəzi problemlərə dair yeni düşüncə tərzi yarada biləcək məsələlərdir. Hesab edirəm ki, hal-hazırda yaşadığım həyat daha zəngin və rəngarəngdir.
Sosial
Xəstəxanaya yerləşdirilən Xalq şairi Nəriman Həsənzadənin vəziyyəti açıqlanıb
Leyla Əliyeva və Arzu Əliyeva “CandyFest” yay festivalını ziyarət edib və “Sehrli mirvari” su sirki şousunu izləyiblər - FOTO
Leyla Əliyeva və Arzu Əliyeva Bakı Bulvarında mövsümi güllərin əkilməsi aksiyasında iştirak ediblər - FOTO
Leyla Əliyeva və Arzu Əliyeva Dənizkənarı Milli Parkda açılış və təqdimat mərasimlərində iştirak ediblər - FOTO
Xəbər Lenti
“Qafqaz Qartalı - 2026” təlimi başa çatıb - VİDEO
İran ABŞ-ı memorandumun iki bəndini pozmaqda ittiham edib
Səfərbərlik Xidmətinin rəisi Mürsəl İbrahimov: Üç il ərzində 500-dən çox əməkdaş intizam məsuliyyətinə cəlb olunub
Xidmət rəisi: Hərbi xidmətə çağırışla bağlı yaş həddinin endirilməsi dövlətin xərclərini azaldıb
Xəstəxanaya yerləşdirilən Xalq şairi Nəriman Həsənzadənin vəziyyəti açıqlanıb
SHXÇDX rəisi: Xaricdə təhsil alanların hərbi xidmətdən möhlət hüququ ilə bağlı qanunvericilikdə dəyişikliklər etməliyik, təkliflər hazırlanır
Bəzi yerlərdə yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA
Ukraynanın MiQ-29 qırıcısı qəzaya uğrayıb
Rusiya ilə Ukrayna arasında girovların mübadiləsi olub
Bakı–Naxçıvan təyyarə reysləri ildırım səbəbindən ləğv edilib
Ukraynanın Volqoqrada hücumu nəticəsində bir nəfər ölüb, 11 nəfər yaralanıb
Bəhreyn XİN: İran ötən gecə hücumlarda ərazimizi hədəfə alıb
Zelenski Volqoqraddakı hərbi zavoda zərbə endirildiyini təsdiqləyib - VİDEO - YENİLƏNİB
Kreml: Putin və Lukaşenko danışıqları davam etdirirlər
Pekində binaya çırpılan təyyarə qəzasında ölən və yaralananlar var
Sabah bəzi yerlərdə leysan davam edəcək
Şabranda itkin düşən 52 yaşlı kişinin meyiti göldə tapılıb
Cəlilabadda ev yanıb
İran XİN ABŞ-ın hava zərbələrinə reaksiya verib
Leyla Əliyeva və Arzu Əliyeva “CandyFest” yay festivalını ziyarət edib və “Sehrli mirvari” su sirki şousunu izləyiblər - FOTO
Leyla Əliyeva və Arzu Əliyeva Bakı Bulvarında mövsümi güllərin əkilməsi aksiyasında iştirak ediblər - FOTO
Leyla Əliyeva və Arzu Əliyeva Dənizkənarı Milli Parkda açılış və təqdimat mərasimlərində iştirak ediblər - FOTO
Baltikyanı ölkələr Aİ-ni Rusiyadan neft idxalına qadağanı sürətləndirməyə çağırıb
Rusiya və Çin hərbi təyyarələri Cənubi Koreyanın hava sahəsinə yaxınlaşıblar
DÇ-2026: Belçika və Misir pley-offda, İran gözləyəcək
DÇ-2026: İspaniya və Kabo - Verde 1/16 finalda!
Bakı və Abşeron yarımadasının bəzi yerlərində leysan yağır - FAKTİKİ HAVA
Nyu-York birjasında təbii qaz ucuzlaşıb
Azərbaycan nefti 74 dollara ticarət olunur
Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb
İranda polis postuna silahlı hücum olub, iki əməkdaş ölüb
DYP sürücülərə və digər hərəkət iştirakçılarına hava şəraiti ilə bağlı xəbərdarlıq edib
FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
“Brent” nefti 4%-dən çox ucuzlaşıb
Dünya fond bazarlarının əsas indeks göstəriciləri
Abşeron yarımadasının bəzi ərazilərində leysan, dolu gözlənilir
Səudiyyə Ərəbistanı Fars körfəzində neft yükləməsini bərpa edib
Dövlət Departamenti: Livan sazişi İsrail qüvvələrinin geri çəkilməsini nəzərdə tutur
Venesuela sahillərində 4,9 bal gücündə zəlzələ qeydə alınıb
Tramp yeni ABŞ pasport dizaynını təqdim edib
SEPAH Yaxın Şərqdə ABŞ qüvvələrinə qarşı zərbələr endirdiyini açıqlayıb
Çin 2026-cı ilin ilk rübündə 184,1 milyard dollar cari profisit əldə edib
Netanyahu Livan razılaşmasını İrana zərbə adlandırıb
Vens: ABŞ İranla memorandumla bağlı fikir ayrılıqlarını müzakirə etməyə hazırdır
SEPAH ABŞ-ın Hörmüz boğazındakı hədəfləri vurmasına cavab verəcəyini açıqlayıb
DÇ-2026: Fransa və Norveç 1/16 finala vəsiqə qazanıb
ABŞ Hörmüz boğazında İranla əlaqəli hədəfləri vurub
Tramp yenidən İranı atəşkəsi pozmaqda ittiham edib
Netanyahu: Livanla danışıqlar uğurla başa çatıb, lakin İsrail ordusu Livanın cənubundan çəkilməyəcək
Britaniya Ukraynaya 1 milyard dollarlıq kredit üçün Dünya Bankına zəmanət verib