Bank Of Baku

Cari ilin birinci yarısında Azərbaycanda abonentlərə göstərilmiş su və kanalizasiya xidmətlərinə görə yığım 66,6% təşkil edib

Cari ilin birinci yarısında Azərbaycanda abonentlərə göstərilmiş su və kanalizasiya xidmətlərinə görə yığım 66,6% təşkil edib
# 13 iyul 2009 08:08 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. Cari ilin yanvar-iyun aylarında Azərbaycanda abonentlərə göstərilmiş su və kanalizasiya xidmətlərinə görə yığım 66,6% təşkil edib. Bu barədə «APA-Economics»ə «Azərsu» SC-dən məlumat verilib.

Əhali istehlakçı kateqoriyası üzrə yığım hesabat dövründə 49,7%, digər istehlakçılar üzrə isə 87,1% təşkil edib.

Hesabat dövründə su xətləri üzərinə qanunsuz qoşulmuş 4362 əhali abonenti, 96 kommersiya abonentinin isə təchizatı dayandırılıb.

Qeyd edək ki, hazırda «Azərsu» SC-nin 518 613-ü Bakı şəhərində olmaqla, 957 148 abonenti var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR