Bank Of Baku

Ali məktəblərə I ixtisas qrupu üzrə qəbul imtahanlarının nəticələri sabah açıqlanacaq

Ali məktəblərə I ixtisas qrupu üzrə qəbul imtahanlarının nəticələri sabah açıqlanacaq
# 13 iyul 2009 08:15 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. “İlkin məlumatkara görə, ali məktəblərin I ixtisas qrupuna dünən keçirilən imtahanda qeydiyyatdan keçmiş 35811 abituriyentdən 1837 nəfəri imtahanda iştirak etməyib, 20 nəfər isə imtahan qaydalarını müxtəlif şəkildə pozduqlarına görə imtahandan xaric edilib. Hazırda cavab kartlarının və imtahan protokollarının emalı prosesi gedir”. Bu barədə APA-ya Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat katibi Elnur Nağızadə məlumat verib.
E.Nağızadənin sözlərinə görə, I ixtisas qrupunun imtahanından xaric edilən abituriyentlər müxtəlif səpkili qayda pozuntularına yol veriblər: “Onların bir qismi imtahana mobil telefon keçirməyə cəhd göstərib, bir neçə nəfəri imtahanın gedişinə mane olduğuna, təxminən 6 nəfər isə imtahanda köçürməyə cəhd göstərdiyinə görə imtahandan xaric olunub. Onlar cavab kartlarını digərlərinə ötürüblər, bu isə nəzarətçilər tərəfindən aşkar olunub”.
E.Nağızadənin sözlərinə görə, imtahanın nəticələrinin sabah elan olunması nəzərdə tutulur. Ancaq TQDK-nın rəsmi internet səhifəsində imtahanda istifadə olunmuş test suallarının düzgün cavabları artıq yerləşdirilib. Ali məktəblərə ixtisas seçimi isə bütün qruplar üzrə iyulun 25-dən avqustun 3-dək keçiriləcək.
I ixtisas qrupunda Müdafiə Nazirliyinin alı hərbi məktəblərinə, Milli Təhlükəsizlik Nazirliyi Akademiyasının informasiya texnologiyaları və sistemləri mühəndisliyi ixtisasına, Fövqəladə Hallar Nazirliyinin Akademiyasına və Bakı Yanğın Texniki Məktəbinə imtahan verib qəbul olunan abituriyentlərin adları ixtisas seçimindən əvvəl, yaxın iki gün ərzində elan olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR