Bank Of Baku

Bakıda “Asiyada islam tibbi əlyazmalarının vəziyyəti” mövzusunda regional seminar keçirilir

Bakıda “Asiyada islam tibbi əlyazmalarının vəziyyəti” mövzusunda regional seminar keçirilir
# 13 iyul 2009 09:48 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. “Bakı - islam mədəniyyətinin paytaxtı-2009” tədbirləri çərçivəsində “Asiyada islam tibbi əlyazmalarının vəziyyəti” mövzusunda üç günlük regional seminar başlayıb. APA-nın məlumatın görə, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA), İSESCO və M. F. Axundov adına Milli Kitabxananın təşkilatçılığı ilə keçirilən seminarın açılışında çıxış edən kitabxananın direktoru Kərim Tahirov bildirib ki, üç gün ərzində yerli və regional ekspertlər islam tibbi əlyazmalarının vəziyyəti, bərpası, mühafizəsi ilə bağlı müzakirələr aparacaqlar. Seminarda Misir, Tunis, Səudiyyə Ərəbistanı, Liviya, Bəhreyn, Suriya və İrandan nümayəndələr iştirak edir. Seminar çərçivəsində “Orta əsr Azərbaycan tibb əlyazmaları” mövzusunda sərgi də nümayiş olunacaq. Sərgidə AMEA-nın Əlyazmalar İnstitutunda saxlanılan 18 qiymətli əlyazma nümayiş etdiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR