Bank Of Baku

Ali məktəblərin bakalavr pilləsinə daxil olmaq üçün 21207 abituriyent öz ixtisas seçimini təsdiqləyib

Ali məktəblərin bakalavr pilləsinə daxil olmaq üçün 21207 abituriyent öz ixtisas seçimini təsdiqləyib
# 30 iyul 2009 10:06 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) bu gün saat 12.00-a olan məlumatına əsasən, 2009-2010-cu tədris ili üçün ali məktəblərin bakalavr pilləsinə daxil olmaq üçün 21207 abituriyent öz ixtisas seçimini təsdiqləyib. TQDK-nın mətbuat katibi Elnur Nağızadənin APA-ya verdiyi məlumata görə, ixtisas seçimini təsdiqləyən abituriyentlərin 18323-ü Azərbaycan, 2884-ü rus bölməsi üzrə sənədlərini təsdiqləyib. I ixtisas qrupu üzrə 6828, II ixtisas qrupu üzrə 3696, III ixtisas qrupu üzrə 8195, IV ixtisas qrupu üzrə isə 2488 abituriyent öz ixtisas seçimini təsdiqləyib.

E. Nağızadə xatırladıb ki, ali məktəblərə qəbulun iyunun 25-dən başlayan ixtisas seçimi mərhələsi avqustun 3-dək davam edəcək: “Hələ də öz ixtisas seçimini təsdiq etdirməyən abituriyentlərin diqqətinə çatdırırıq ki, avqustun 3-ü son tarixdir. İxtisas seçimi üçün nəzərdə tutulmuş vaxtdan əlavə vaxt ayrılmayacaq. Ona görə də abituriyentlər ixtisas seçimi ərizəsini vaxtında doldurub təsdiq etsinlər. Yaxşı olardı ki, abituriyentlər real müsabiqə şəraitinin gerçəkliklərini də nəzərə alsınlar”. Qeyd edək ki, bu tədris ili üçün ixtisas seçimi mərhələsinə buraxılan abituriyentlərin ümumi sayı 31210 nəfərdir. Ali məktəblərə qəbul üçün plan yerlərinin sayı isə 29 mindən artıqdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR