Bank Of Baku

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının təşkil etdiyi apellyasiya komissiyalarına 250-dək müraciət daxil olub

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının təşkil etdiyi apellyasiya komissiyalarına 250-dək müraciət daxil olub
# 30 iyul 2009 10:12 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) ali məktəblərə və orta təhsil bazasından orta ixtisas məktəblərinə keçirilən qəbul imtahanları ilə bağlı təşkil etdiyi apellyasiya komissiyalarına 250-dək müraciət daxil olub. Bu barədə APA-ya TQDK-nın mətbuat katibi Elnur Nağızadə məlumat verib. O bildirib ki, bu gün saat 17. 00-da apellyasiya komissiyaları öz işini başa çatdıracaq: “Müraciətlərin əksəriyyəti müsabiqə şərtlərini ödəməyən və qəbul imtahanlarında aşağı nəticə göstərən abituriyentlər və onların valideynləri tərəfindən edilir. Onlar müraciətlərində müəyyən güzəşt və imtiyazlar istəyirlər. Təbii ki, bu, mümkün deyil. Hər bir qrup üzrə müsabiqəyə buraxılmaq üçün minimal bal rəsmi şəkildə təsdiq olunub və onunla bağlı hər hansı güzəşt mümkün deyil. Apellyasiya müraciətləri ilə yanaşı, TQDK-da ayrı-ayrı vətəndaşlardan şifahi sorğular da qəbul olunur. Sorğuların əksəriyyəti ixtisas seçimi ilə bağlıdır”.

Qeyd edək ki, iyulun 28-dən 30-dək fəaliyyət göstərən apellyasiya komissiyaları I və IV qruplar üzrə Bakı Qızlar Universitetində, II və III qruplar üzrə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında, rus bölməsinin bütün ixtisas qrupları üzrə isə TQDK-da yaradılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR