Bank Of Baku

Bakı ətrafı və Abşeron ərazisində hərəkət edən elektrik qatarları ləğv olunacaq

Bakı ətrafı və Abşeron ərazisində hərəkət edən elektrik qatarları ləğv olunacaq
# 30 iyul 2009 10:42 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. Bakı ətrafı və Abşeron yarımadasında işləyən elektrik qatarları yaxın gələcəkdə ləğv olunacaq. Bu barədə «APA-Economics»ə «Azərbaycan Dəmir Yolları» QSC-dən məlumat verilib.

Bakıətrafı elektrik qatarlarının ləğvi «Dairəvi yol - II» layihəsinin həyata keçirilməsi ilə bağlıdır. Səhmdar cəmiyyətindən bu addımı digər tərəfdən, elektrik qatarlarının iqtisadi cəhətdən səmərəsiz olması və müasir tələblərə cavab verməməsi ilə əlaqələndiriblər.

Qeyd edək ki, hazırda Bakı və Abşeron ərazisində 9 marşrut üzrə elektrik qatarı hərəkət edir.

Dəmir Yolundan o da bildirilib ki, elektrik qatarlarının ləğvi mərhələli şəkildə həyata keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR