Bank Of Baku

“Donuz qripi”nə yoluxmuş Azərbaycan vətəndaşlarından biri uşaqdır

“Donuz qripi”nə yoluxmuş Azərbaycan vətəndaşlarından biri uşaqdır
# 30 iyul 2009 10:59 (UTC +04:00)
Digər xəstə - 15 yaşlı uşaq isə 7 saylı Uşaq Yoluxucu Xəstəxanasına yerləşdirilib. Ş. Qurbanov bildirib ki, həmin şəxslərin adları açıqlana bilməz: “Onların hər ikisi Bakıda yaşayan şəxslərdir. Xəstəliyə yoluxmuş qadının uşaqlarını müayinə etdik, onlar sağlamdır. Xəstə uşaqla gələn insanlar da sağlamdırlar. Onların ailə üzvlərini müayinə etmişik. Müayinə gecə saat 4-də qurtardı”.

Ş. Qurbanovun sözlərinə görə, hazırda xəstələrin vəziyyəti normaldır: “Yəqin ki, onlar bir neçə günə evə buraxılacaqlar”.

Qeyd edək ki, Azərbaycanda ilk A/H1/N1 qripi (“donuz qripi”) qeydə alınıb. Səhiyyə Nazirliyinin məlumat xidmətindən APA-ya bildirilib ki, 27.07.2009-cu il tarixində Fransadan və 29.07.2009-cu il tarixdə İngiltərədən səfərdən qayıtmış Bakı və Gəncə şəhər sakinlərində xəstəlik aşkar edilib. Xəstələrin vəziyyətləri kafidir və onlar həkimlərin müşahidəsi altında müalicə kursu keçirlər.

Xəstələrlə təmasda olmuş şəxslər arasında kompleks profilaktik tədbirlər həyata keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR