Bank Of Baku

Şirvanda insan alveri qurbanlarına yardım mərkəzi açılıb

Şirvanda insan alveri qurbanlarına yardım mərkəzi açılıb
# 30 iyul 2009 11:41 (UTC +04:00)
Şirvan. Әlibәy Zeynallı-APA. Şirvan şəhərində İnsan Alveri Qurbanlarına yardım mərkəzi açılıb. APA-nın Mil-Muğan bürosunun məlumatına görə, QHT-lərin Şirvan Regional Təlim və tədris mərkəzində İnsan alverinə qarşı QHT-lər şəbəkəsi “İnsan alverinə qarşı mübarizə” mövzusunda seminar keçirib. Eyni zamanda Norveçin Azərbaycandakı səfirliyinin maliyyə dəstəyi ilə şəbəkə Şirvan şəhərində İnsan alveri qurbanlarına yardım mərkəzinin təqdimatnı da keçirib. Mərkəzdə qaynar xətt, psixoloq və hüquqşunas da fəaliyyət göstərir. Seminar və təqdimat mərasimində Azərbaycan Miqrasiya Mərkəzinin prezidenti Əlövsət Əliyev, Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzisova və Gənclər İnsan alverinə qarşı təşkilatının rəhbəri Asif İsmayılov iştirak ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR