Bank Of Baku

Dövlət Baytarlıq Xidməti: Azərbaycanın donuzçuluq təsərrüfatlarında A/H1N1 virusu qeydə alınmayıb

Dövlət Baytarlıq Xidməti: Azərbaycanın donuzçuluq təsərrüfatlarında A/H1N1 virusu qeydə alınmayıb
# 30 iyul 2009 12:18 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Azərbaycanın donuzçuluq təsərrüfatlarında bu günədək A/H1N1 (“donuz qripi”) virusu müşahidə edilməyib. Bunu APA-ya açıqlamasında Azərbaycan Dövlət Baytarlıq Xidməti mətbuat mərkəzinin rəhbəri Yolçu Xanvəli deyib. O bildirib ki, virusun yayılma ehtimalı nəzərə alınaraq aprel ayından təsərrüfatlar qapalı rejimdə fəaliyyət göstərir, paralel olaraq Baytarlıq Xidmətinin əməkdaşları donuzçuluq təsərrüfatlarında passiv monitorinqlər aparırlar: “Hazırda təsərrüfatlarda vəziyyət normaldır, A/H1N1 virusu aşkarlanmayıb”.

Y. Xanvəli onu da əlavə edib ki, Azərbaycanda iki nəfərin A/H1N1 virusuna yoluxmasından sonra Dövlət Baytarlıq Xidməti də müvafiq tədbirlər həyata keçirəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR