Bank Of Baku

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi saxta duz istehsal edən obyektlər aşkarlayıb

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi saxta duz istehsal edən obyektlər aşkarlayıb
# 30 iyul 2009 12:32 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK) Sumqayıt şəhəri və Abşeron rayonunda saxta duz istehsal edən obyektlər aşkarlayıb. Bu barədə «APA-Economics»ə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Komitə əməkdaşlarının apardıqları yoxlamalar zamanı Abşeron rayonunun Saray qəsəbəsində yerləşən fiziki şəxs T.Quliyevin duz istehsalı müəssisəsində yodlaşdırılmış xörək duzu istehsalının normativ sənədlərin tələblərinə cavab vermədiyi aşkarlanıb. Həmçinin məhsulun uyğunluq sertifikatı olmadan satışa çıxarıldığı müəyyənləşdirilərək təsərrüfat subyektində istehsal qadağan edilib.

Bundan başqa, Sumqayıt şəhərinin bir neçə ticarət obyektində xarici istehsala aid duzların əmtəə nişanları saxtalaşdırılaraq satışa çıxarılması faktına rast gəlinib. Uyğunluq sertifikatı olmadığı üçün satışına qadağa qoyulan və rəhbərlərinə tələbnamələr verilən müəssisələr aşağıdakılardır:

1. F/ş. Z.Nuriyevə məxsus ticarət obyektində (Sumqayıt ş. 45-ci məhəllə) Ukraynanın “Artyomsol” əmttə nişanı ilə nişanlanmış “Povarennaya pişevaya yodirovannaya sol” və “Ekstra – sol yodirovannaya” duzları

2. F/ş. M.Ağababayevə məxsus ticarət obyektində (Sumqayıt ş. 45-ci məhəllə) “Salt – Extra”, “Xan” duzları

3. F/ş. A.Məmiyevə məxsus ticarət obyektində (Sumqayıt ş. 2-ci mk/r) Ukraynanın “Artyomsol” əmttə nişanı ilə nişanlanmış “Povarennaya pişevaya yodirovannaya sol” və “Ekstra – sol yodirovannaya” duzları

4. F/ş. S.Hüseynova məxsus ticarət obyektində (Sumqayıt ş. 34-ci məhəllə) Ukraynanın “Artyomsol” əmttə nişanı ilə nişanlanmış “Povarennaya pişevaya yodirovannaya sol” və “Ekstra – sol yodirovannaya” duzları

5. F/ş. A.Quliyevə məxsus ticarət obyektində (Sumqayıt ş. 32-ci məhəllə) “Ekstra – sol yodirovannaya” duzları

6. F/ş. F.Əsgərova məxsus ticarət obyektində (Sumqayıt ş. 32-ci məhəllə) “Marabelle Sea Salt” (naturalnaya pişevaya morskaya sol, srednaya, 750 qr.) qablaşdırılmış yodlaşdırılmamış duzlar

7. F/ş. F.Rəhimova məxsus ticarət obyektində (Sumqayıt ş. 40-ci məhəllə) Ukraynanın “Artyomsol” əmttə nişanı ilə nişanlanmış “Povarennaya pişevaya yodirovannaya sol” və “Ekstra – sol yodirovannaya” duzları.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR