Bank Of Baku

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin keçirdiyi reyd zamanı kafedə “Qırmızı kitab”a düşmüş quşların saxlandığı aşkar olunub

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin keçirdiyi reyd zamanı kafedə “Qırmızı kitab”a düşmüş quşların saxlandığı aşkar olunub
# 30 iyul 2009 14:18 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühitin Mühafizəsi Departamenti Hacıqabul rayonun Pirsaat qəsəbəsində yerləşən kafenin nəzdindəki heyvanat parkında reyd aparıb. Departamentin məsləhətçi müfəttişi Kərim Səlimovun APA-ya verdiyi məlumata görə, reyd zamanı Azərbaycanın “Qirmizi kitab”ına və Beynəlxalq Təbiəti Mühafizə İttifaqının “Qırmızı siyahısı”na daxil olmuş heyvan növləri, əsasən quşlar aşkar edilib. Reyd zamanı 8 növdə (qu quşları, hacıleylək, qartalca, bataqlıq dilbağlısı, ağbaş kərkəz, çöl muymulu, qıvrımlələk butan və sultan toyuğu) 17 baş quş aşkarlanıb. Bu quşlardan 5-i Azərbaycanın “Qırmızı kitabı”na, 1-i dünyanın “Qırmızı kitabı”na daxil edilib, 2-si isə nadir və nəsli kəsilməkdə olan quşlardır. Həmin quşlarla bağlı departament əməkdaşları tərəfindən qanuna müvafiq qaydada akt tərtib olunub. K. Səlimovun sözlərinə görə, aşkar edilən nadir quşlar Altıağac Milli Parkındakı reabilitasiya mərkəzinə təhvil verilib.

Ətraf Mühitin Mühafizəsi Departamenti tərəfindən reydlər davam ediləcək.

Qeyd edək ki, nadir və nəsil kəsilməkdə olan quşları ovladıqlarına görə Azərbaycanın İnzibati Xətalar Məcəlləsinin (İXM) 73-cü maddəsində fiziki şəxslər üçün 200-500 manat, vəzifəli şəxslər üçün 2000-2500 manat, hüquqi şəxslər üçün 2000-7500 manat məbləğində cərimə nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR