Bank Of Baku

Azərbaycanda sərnişindaşıma ilə məşğul olan qurumlar gücləndirilmiş iş rejiminə keçib

Azərbaycanda sərnişindaşıma ilə məşğul olan qurumlar gücləndirilmiş iş rejiminə keçib
# 30 iyul 2009 14:29 (UTC +04:00)
APA-nın məlumatına görə, artıq «Azərbaycan Hava Yolları» (“AzAL”) Qapalı Səhmdar Cəmiyyəti (QSC) və «Azərbaycan Dəmir Yolları» QSC «donuz qripi»i ilə bağlı hava limanı və qatarlarda müvafiq tədbirlərə başlayıb.

«AzAL»ın xidmət rəisi Məhərrəm Səfərli APA-ya bildirib ki, bu gün Azərbaycanda 2 nəfərdə A/H1N1 virusunun tapılması barədə məlumat yayıldıqdan sonra qurum bu məqsədlə əvvəlki aylardan həyata keçirdiyi tədbirləri daha da gücləndirib. Hava limanlarında viruslu xəstələri aşkar etmək məqsədi ilə termal kameraların qurulub-qurulmamasına gəlincə, «AzAL» rəsmisi hələ ki, belə avadanlıqlar almaq imkanında olmadıqlarını vurğulayıb: «Çalışırıq ki, bu virusla bağlı hər hansı problem yaşanmasın, baş verənlər vaxtında, təhlükəsiz şəraitdə aradan qaldırılsın».

«Azərbaycan Dəmir Yolları» QSC-nin mətbuat xidmətinin rəisi Nadir Əzməmmədov isə artıq bir neçə saat əvvəl şimal istiqamətində hərəkətdə olan bütün qatarlara teleqram vurularaq Azərbaycanda A/H1N1 virusunun tapılması barədə məlumat verildiyini, bununla bağlı müvafiq tədbirlərin görülməsinin tapşırıldığını bildirib: «Artıq ölkədaxili qatarlarda lazımi tədbirlər görülür. Həmçinin sərhəd-keçid məntəqələri gücləndirilmiş rejimə keçib».

N. Əzməmmədov onu da bildirib ki, dəmir yolunun Həkim-Sanitar Xidməti və digər sanitar orqanları virusun yayılmaması ilə bağlı qabaqlayıcı tədbirlər görürlər.
Həmçinin lazım olduqda sərnişin qatarlarının ölkə ərazisində müşayiət etmək üçün tibb briqadaları yaradılıb. «Azərbaycan Dəmir Yolları» QSC-nin Sanitar-Karantin Müfəttişliyində «Qaynar xətt» yaradılıb. Sərnişin qatarlarında, vağzallarda, sərhəd-keçid məntəqələrində A/H1N1 virusunun yoluxduğu şübhəli bilinən xəstələr olduğu halda 24 saat ərzində qaynar xəttə məlumatlar daxil olacaq. Dəmir yolunda yaradılmış «Qaynar xətt»in əlaqə telefonları bunlardır: 499-48-28, 499-60-25.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR