Bank Of Baku

Vakant dövlət qulluğu vəzifələrinin tutulması məqsədi ilə keçirilən müsabiqə başa çatıb

Vakant dövlət qulluğu vəzifələrinin tutulması məqsədi ilə keçirilən müsabiqə başa çatıb
# 30 iyul 2009 15:48 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Vakant dövlət qulluğu vəzifələrinin tutulması məqsədi ilə keçirilən müsabiqənin müsahibə mərhələsi başa çatıb. Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, mayın 12-dən başlayan müsahibə mərhələsində 29 dövlət orqanı üzrə 539 namizəddən 240-ı dövlət qulluğu vəzifəsinə uyğun hesab edilib.
Qeyd edək ki, 29 dövlət orqanında inzibati vəzifələrin altıncı – doqquzuncu təsnifatlarına uyğun olan 663 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün müsabiqə bu ilin martın 6-da elan edilmişdi. Müsabiqədə iştirak etmək üçün 2862 (652-si qadın, 2210-u isə kişi) namizəd qeydə alınmışdı. Müsabiqənin aprelin 25-də keçirilən test imtahanı mərhələsində 539 namizəd (18.83%) uğur qazanmışdı.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR