Bank Of Baku

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Şamaxı və Beyləqanda vəhşi heyvanların qanunsuz saxlanması və satılması faktları aşkarlayıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Şamaxı və Beyləqanda vəhşi heyvanların qanunsuz saxlanması və satılması faktları aşkarlayıb
# 31 iyul 2009 08:09 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyi vəhşi təbiətdən qanunsuz olaraq götürülmüş heyvanların saxlanılması və satılması faktları ilə əlaqədar Azərbaycanın rayonlarında reydlər keçirir. Nazirliyin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, qurumun əməkdaşları Şamaxı rayonunda keçirilən reyd zamanı “Turist” və “Şamaxı” restoranlarında 2 ədəd Qafqaz qonur ayısının qeyri-sərbəst şəraitdə saxlanılmasını aşkar ediblər. Həmin restoranların sahibləri Həsən və Hüseyn Allahverdiyevlər barəsində müvafiq sənədlər tərtib olunub.

Həmçinin, Beyləqan rayonunda yerləşən “Xan bağı” restoranında adı Azərbaycanın “Qırmızı kitab”ına düşmüş 2 baş ceyranın qanunsuz saxlanılması faktı aşkar olunub və heyvanlar götürülərək “Ağ Göl” Milli Parkındakı ceyranların arasına buraxılıb. “Xan bağı” restoranının sahibi Habil Rüstəmov barəsində isə akt və protokol tərtib edilib.

Mətbuat xidməti “Heyvanlar aləmi haqqında” qanuna əməl olunması məqsədi ilə nazirlik tərəfindən bu kimi reydlərin davam edəcəyini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR