Bank Of Baku

Bir il əvvəl dünya səyahətinə çıxmış avstriyalı səyyah Azərbaycandadır - FOTO

Bir il əvvəl dünya səyahətinə çıxmış avstriyalı səyyah Azərbaycandadır - <font color=red>FOTO</font>
# 31 iyul 2009 10:24 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. Bir il əvvəl dünya səyahətinə çıxmış avstriyalı səyyah Azərbaycandadır. Səyahətçi Kim Nquenu Azərbaycandan Gürcüstana yola düşəcək. FLEX proqramı (tələbə mübadiləsi proqramı) məzunlarının Azərbaycandakı koordinatoru Samir Xəlilovun APA-ya verdiyi məlumata görə, 28 yaşlı Nqeunu Sidney yaxınlığında yerləşən doğma Brizbenqa şəhərindən bir il əvvəl səyahətə çıxıb. Şərqi Timuru, İndoneziya, Malayziya, Laos, Çin, Monqolustan, Rusiya və Qazaxstanı velosipedlə keçərkən parom vasitəsilə Bakıya gəlib. Onun səyahəti Qərbin hazırkı iqliminin gələcək nəsillər üçün saxlanmasının təbliğinə həsr olunub. O olduğu ölkələrdə insanların iqlim dəyişikliyinə münasibəti öyrənir, bu dəyişikliyin insanların həyatına təsir etdiyi barədə məlumat toplayır. Gənc səyahətçinin məqsədi dekabrın əvvəlində Kopenhagenə çatmaqdır. Həmin vaxt orada BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Sazişi Tərəfdaşlarının növbəti konfransı keçiriləcək. Bakıda olduğu müddətdə o Ekologiya və Təbii Sərvətlər Nazirliyində, Hidrometeorologiya üzrə Milli Departamentdə, Vəhşi Təbiət Regional Fondunda olub, FLEX proqramının məzunları ilə görüşüb. Azərbaycanın ərazisindən keçməklə o Gürcüstan, Türkiyə, Bolqarıstan, Rumıniya, Almaniyadan keçərək Danimarkaya gedəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR