Bank Of Baku

25114 abituriyent ixtisas seçimi ərizəsini təsdiqləyib

25114 abituriyent ixtisas seçimi ərizəsini təsdiqləyib
# 31 iyul 2009 10:26 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. “Bu gün saat 11.00-a olan məlumata əsasən 25114 abituriyent ali məktəblərin bakalavr pilləsinə daxil olmaq üçün ixtisas seçimi ərizəsini təsdiqləyib”. APA-nın məlumatına görə, bunu jurnalistlərə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə deyib. O bildirib ki, ixtisas seçimi mərhələsi avqustun 3-dək davam edəcək və bu müddətdən sonra müraciətlərə baxılmayacaq: “Avqustun 3-dən sonra elektron baza bağlı olacaq. Abituriyentlər ixtisas seçimlərini nə qədər tez təsdiqləsələr, bir o qədər yaxşıdır”. M. Abbaszadə ali məktəblərə qəbulun yekun nəticələrinin avqustun 5-də açıqlanacağını söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR