Bank Of Baku

TQDK-nın yaratdığı apellyasiya komissiyalarına 295 abituriyent müraciət edib

TQDK-nın yaratdığı apellyasiya komissiyalarına 295 abituriyent müraciət edib
# 31 iyul 2009 10:26 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) yaratdığı apellyasiya komissiyalarına 295 abituriyent müraciət edib. APA-nın məlumatına görə, bunu TQDK sədri Məleykə Abbaszadə açıqlayıb. O bildirib ki, apellyasiya komissiyalarının işi iyulun 30-da başa çatıb. Apellyasiyada iştirak etmək üçün qeydiyyatdan keçmiş 295 nəfərdən 207 nəfəri prosesə qatılıb. Onlardan 188 nəfəri cavab kartlarında qeyd etdikləri cavabla öz nəticələrinin uyğunluğunu təsdiqləyiblər. Magistratura pilləsinə qəbul imtahanı vermiş bakalavrların müraciətlərinə isə bu gün baxılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR