Bank Of Baku

Builki orta məktəb məzunlarının ali məktəblərə qəbul imtahanlarında topladıqları orta bal 180-dən aşağıdır

Builki orta məktəb məzunlarının ali məktəblərə qəbul imtahanlarında topladıqları orta bal 180-dən aşağıdır
# 31 iyul 2009 10:35 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Qəbul imtahanlarında iştirak edən 114 min abituriyentdən 66 min 621-i bu ilin məzunudur. Həmin məzunların 33 mini qəbul imtahanlarında 139 baldan aşağı nəticə göstərib. APA-nın məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə deyib. O bildirib ki, builki məzunların qəbul imtahanlarında göstərdikləri orta bal 180-dən aşağıdır: “Ümumilikdə bu il orta məktəbləri 120 min məzun bitirib, onların yalnız 50-55 faizi qəbul imtahanlarında iştirak edib. Məzunların 31,5 faizi 0-100 bal, 22,6 faizi 100-200 bal, 18,2 faizi 200-300 bal, 21,2 faizi 300-500 bal, 6,4 faizi 500-700 bal arası nəticə göstərib. Qəbul imtahanlarında 300 baldan yuxarı nəticə göstərən abituriyentlər cəmi 27, 6 faiz təşkil edir”.

TQDK sədri bu ilki məzunların nəticələri ilə bağlı heç bir şərh vermək istəmədiyini söyləyib: “Təhsil Nazirliyi ilə həm buraxılış, həm də qəbul imtahanları ilə bağlı geniş elmi-statistik təhlil aparılacaq. Ondan sonra bu nəticələrin arxasında hansı detalların dayandığını söyləmək olar”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR