Bank Of Baku

Azərbaycan çaylarında suyun səviyyəsi qalxıb

Azərbaycan çaylarında suyun səviyyəsi qalxıb
# 31 iyul 2009 13:04 (UTC +04:00)
Bakı-APA. İyulun 28-də axşam və 29-da gecə yağan leysan yağışlar nəticəsində Böyük və Kiçik Qafqazın bəzi çaylarından qısamüddətli daşqın və sel keçib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatında qeyd olunub. Daşqınlar Balakən-Şəki bölgəsinin Balakənçay, Mazımçay, Talaçay, Kürmükçay, Kişçay, Şinçay, Quba-Xaçmaz bölgəsinin Qusarçay çayında müşahidə olunub. Böyük və Kiçik Qafqazın çaylarında suyun səviyyəsi 30-35 sm artıb. Hazırda ən yüksək sululuq Quba-Xaçmaz və Balakən-Şəki bölgəsi çaylarında müşahidə olunur və ongünlük normanın 120-275, Qazax-Gəncə bölgəsi çaylarında normanın 135-145 faizini təşkil edir. Ən aşağı sululuq isə Lənkəran-Astara bölgəsi çaylarında müşahidə olunur və normanın 30-40 faizini təşkil edir. Tranzit çaylarda hazırki vəziyyət hal- hazırda Kür çayının Qıraqkəsəmən məntəqəsindən Şəmkir su anbarına axım 316 m3/san (ongünlük normanın 206 faizi) təşkil edir. 2008-ci ildə isə ongünlük normanın 39 faizi olmaqla 60 m3/san olub. Qanıx çayından Mingəçevir su anbarına axım isə 60 m3/san (ongünlük normanın 68 faizi) təşkil edir. Hazırda Kür çayının Surra məntəqəsində suyun səviyyəsi 352 sm (2008-ci ildə 320 sm), Şirvanda 230 sm (2008-ci ildə 195 sm), Bankədə 267 sm (2008-ci ildə 285 sm) Araz-Novruzluda 100 sm (2008-ci ildə 103 sm) təşkil edir. Hazırda Şəmkir su anbarının səviyyəsi 154,14 metr, Mingəçevir su anbarının səviyyəsi 78,60 metr, Araz su anbarının səviyyəsi isə 775,38 metr təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR