Bank Of Baku

“Donuz qripi”nə yoluxmuş Azərbaycan vətəndaşları sağalmaq üzrədirlər

“Donuz qripi”nə yoluxmuş Azərbaycan vətəndaşları sağalmaq üzrədirlər
# 31 iyul 2009 13:37 (UTC +04:00)
Onun sözlərinə görə, xəstələrin səhhətində heç bir problem yoxdur və onlar sağalmaq üzrədirlər. V. Qasımov bildirib ki, xəstələrdə sağalma baş verən kimi onlar evə buraxılacaqlar.

Nazirliyin tibbi yardımın təşkili şöbəsinin müdiri Soltan Əliyev də APA-ya xəstələrin vəziyyətinin stabil və kafi olduğunu deyib. S. Əliyev nazirliyə tabe olan bütün tibb müəssisələrinin heyətləri ilə maarifləndirici işlərin aparıldığını da deyib.

Qeyd edək ki, Azərbaycanda xaricdən gətirilmə iki A/H1N1 qrip hadisəsinin qeydə alınması dünən rəsmən təsdiq olunub. Virusa yoluxan xəstələrdən biri qadın, digəri isə yeniyetmədir. Onlar Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu və 7 saylı Yoluxucu Xəstəxanasına yerləşdiriliblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR