Bank Of Baku

Şagirdlər Qubada təşkil olunmuş hərbi-vətənpərvərlik təmayüllü «Şahinlər» yay istirahət düşərgəsinə göndəriləcək

Şagirdlər Qubada təşkil olunmuş hərbi-vətənpərvərlik təmayüllü «Şahinlər» yay istirahət düşərgəsinə göndəriləcək
# 31 iyul 2009 13:46 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Səbail rayonunun 140 nəfərə qədər məktəblisi və «SOS» uşaq kəndində tərbiyə alan bir qrup uşaq Səbail rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Daxili Qoşunlar və Quba rayon İcra Hakimiyyəti ilə birgə Quba rayonunun Qımıl-Qazma kəndində təşkil olunmuş hərbi-vətənpərvərlik təmayüllü «Şahinlər» yay istirahət düşərgəsinə göndəriləcək. İcra Hakimiyyətinin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya daxil olan məlumata görə, məktəblilər avqustun 2-də Bakıdan yola salınacaqlar. Yay istirahət düşərgəsi tələb olunan bütün ləvazimatlarla təmin olunub, gündəlik yeməyin hərbi səhra mətbəxində bişirilməsi, məşğələlərin hərbi nizamnaməyə uyğun tərzdə keçirilməsi, uşaqların istirahətini daha da maraqlı və yaddaqalan edilməsi üçün bütün təşkilati işlər aparılıb. Şagirdlər yaş qrupları üzrə dəstələrə bölünmüş və hər dəstəyə təcrübəli dəstə rəhbərləri başçılıq edəcəklər. Dəstə rəhbərləri ilə yanaşı Daxili Qoşunların zabitləri və çavuşları da düşərgədə təlim-tərbiyə işlərində iştirak edəcəklər.
Şagirdlərin istirahət dövründə onların Qubanın görməli yerlərinə, meşələrə, rayonun tarixi guşələrinə gəzintiləri, həmçinin Qubadakı Soyqırım faciəsi qurbanlarına ucaldılmış abidənin və kütləvi məzarlıqların ziyarəti təşkil olunacaq, şagirdlər Daxili Qoşunların Qubadakı hərbi hissəsi ilə yaxından tanış olacaqlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR