Bank Of Baku

Avqust ayında Azərbaycan ərazisində 40 dərəcə isti gözlənilir

Avqust ayında Azərbaycan ərazisində 40 dərəcə isti gözlənilir
# 31 iyul 2009 15:10 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. Avqust ayında Azərbaycan ərazisində havanın orta aylıq temperaturunun iqlim normasına yaxın olacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi məlumata görə, ay ərzində yağıntılar respublika üzrə qeyri-bərabər paylanacaq. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər çox olacağı ehtimal olunur.

Avqust ayı ərzində Bakı və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 25-27 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr 20-25 dərəcə, gündüzlər 29-33 dərəcə isti olacaq, ayrı-ayrı günlərdə temperatur 35-39 dərəcəyədək yüksələcək. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir.

Naxçıvan Muxtar Respublikasında havanın orta aylıq temperaturunun 25-27 dərəcə isti olacağı proqnozlaşdırılır ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 17-22 dərəcə, gündüzlər 30-35 dərəcə isti olacaq, ayrı-ayrı günlərdə temperatur 38-40 dərəcəyədək yüksələcək. Yağıntının aylıq miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir.

Yuxarı Qarabağ-Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy zonalarında havanın orta aylıq temperaturunun 17-19 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 12-16 dərəcə, gündüzlər 20-25 dərəcə isti olacaq, ayrı-ayrı günlərdə temperatur 27-29 dərəcəyədək yüksələcək. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı ehtimal edilir.

Qazax-Gəncə, Goranboy, Tərtər, Ağdam-Ağcabədi-Füzuli-Cəbrayılda havanın orta aylıq temperaturunun 24-25 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr 17-22 dərəcə, gündüzlər 28-33 dərəcə isti olacaq, ayrı-ayrı günlərdə temperatur 35-38 dərəcəyədək yüksələcək. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir.

Balakən-Zaqatala, Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Xızı, Siyəzən, Dəvəçi, Quba-Qusar-Xaçmazda havanın orta aylıq temperaturunun 21-23 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr 16-19 dərəcə, gündüzlər 25-30 dərəcə isti olacaq, ayrı-ayrı günlərdə temperatur 33 dərəcəyədək yüksələcək. Yağıntının aylıq miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir.

Mərkəzi Aran-Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında havanın orta aylıq temperaturu 25-27 dərəcə isti proqnozlaşdırılır ki, bu da iqlim normasına yaxındır. Gecələr 19-24, gündüzlər 30-35 dərəcə isti olacaq, ayrı-ayrı günlərdə temperatur 38-40 dərəcəyədək yüksələcək. Yağıntının aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir.

Masallı-Lənkəran-Astara, Lerik-Yardımlı zonasında havanın orta aylıq temperaturu 24-26 dərəcə isti gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr 18-23 dərəcə, gündüzlər 27-30 dərəcə isti olacaq, bəzi günlərdə temperatur 32-35 dərəcəyədək yüksələcək. Yağıntının aylıq miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı proqnozlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR