Bank Of Baku

Ombudsman Elmira Süleymanova Şəkidə əhali ilə görüşlər keçirib

Ombudsman Elmira Süleymanova Şəkidə əhali ilə görüşlər keçirib
# 31 iyul 2009 16:30 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva –APA. Ombudsman Elmira Süleymanova Şəkiyə səfəri çərçivəsində rayon İcra Hakimiyyətinin başçısı Nazim İbrahimovun keçirdiyi qəbulda və Baş Zəyzid kəndinin əhalisi ilə görüşdə iştirak edib. Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müraciət edənlər öz fərdi, ailə, sosial və digər problemlərini bildiriblər. Görüşdə Baş Zəyzid kəndində qaz təminatı, orta məktəb binasının təmiri, musiqi məktəbinin açılması ilə əlaqədar qaldırılmış problemlərin müvafiq səlahiyyətli orqanlar vasitəsilə həll edilməsi üçün tədbirlər görüləcəyi qeyd edilib. Bir müddət əvvəl rayonun Aşağı Kəldək kəndinin əhalisinin məktəb binasına böyük ehtiyac olması ilə bağlı müvəkkilə etdiyi müraciət də Şəki şəhər İcra Hakimiyyəti başçısının müavini ilə birlikdə yerində araşdırılıb. Bundan sonra səlahiyyətli qurumlara müraciət olunub və qısa müddətdə bu kəndin şagirdlərinin ehtiyaclarını ödəyən, lazımı avadanlıqla təmin olunmuş məktəb binası tikilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR