Bank Of Baku

Azərbaycanda “donuz qripi”nə yoluxmuş xəstələrdən biri evə buraxılıb

 Azərbaycanda “donuz qripi”nə yoluxmuş xəstələrdən biri evə buraxılıb
# 01 avqust 2009 08:06 (UTC +04:00)
Bu barədə APA-ya Səhiyyə Nazirliyinin tibbi yardımın təşkili şöbəsinin müdiri Soltan Əliyev bildirib. Onun sözlərinə görə, xəstədə tam sağalma baş verib: “Vaxtında aşkar olunduğuna və dərhal ən müasir vasitələrlə müalicə aldığına görə, sağalma da tez baş verdi. Daha onun xəstəxanada saxlanmasına ehtiyac yoxdur”.

Xəstənin xəstəxanada vaxtından artıq saxlandığını deyən şöbə müdiri bildirib ki, onun ev şəraitində nəzarət altında saxlanmasına da ehtiyac yoxdur.

Virusa yoluxmuş digər xəstənin də vəziyyətinin yaxşı olduğunu deyən S. Əliyevin sözlərinə görə, yaxın günlərdə o da evə buraxılacaq.

Qeyd edək ki, Səhiyyə Nazirliyinin məlumatına əsasən, Azərbaycanda 27.07.2009-cu il tarixində Fransadan və 29.07.2009-cu il tarixdə İngiltərədən səfərdən qayıtmış Bakı və Gəncə şəhər sakinlərində xəstəlik aşkar edilib. Xəstələrdən biri 15 yaşlı yeniyetmə, digəri isə 43 yaşlı qadındır. Virusa yoluxma təsdiqini tapan kimi, qadın Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutuna, yeniyetmə isə 7 saylı Uşaq Yoluxucu Xəstəxanasına yerləşdirilmişdi.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR