Bank Of Baku

Azərbaycan ali məktəblərinin bakalavr pilləsinə daxil olmaq istəyən 30143 abituriyent ixtisas seçimini təsdiqləyib

Azərbaycan ali məktəblərinin bakalavr pilləsinə daxil olmaq istəyən 30143 abituriyent ixtisas seçimini təsdiqləyib
# 01 avqust 2009 11:51 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının bu gün saat 14.30-a olan məlumatına əsasən, ali məktəblərin bakalavr pilləsinə daxil olmaq istəyən 31210 abituriyentdən 30143-ü öz ixtisas seçimini təsdiqləyib. Bu barədə APA-ya TQDK-nın mətbuat katibi Elnur Nağızadə məlumat verib. I ixtisas qrupu üzrə 8732, II ixtisas qrupu üzrə 6757, III ixtisas seçimi üzrə 10430, IV ixtisas qrupu üzrə isə 4224 abituriyent ixtisas seçimini təsdiqləyib. Azərbaycan bölməsi üzrə ixtisas seçimini təsdiqləyən abituriyentlərin sayı 26132, rus bölməsi üzrə 4011 nəfərdir.

Qeyd edək ki, ali məktəblərə qəbul olmaq üçün ixtisas seçimi mərhələsi avqustun 3-ü saat 24.00-da başa çatacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR