Bank Of Baku

Azərbaycanda istirahət edən Borçalı gəncləri Gürcüstana qayıdıblar

Azərbaycanda istirahət edən Borçalı gəncləri Gürcüstana qayıdıblar
# 03 avqust 2009 07:11 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Azərbaycanda bir həftəlik istirahət edən Borçalıdan olan 80 gənc Gürcüstana qayıdıb. Bu barədə APA-nın Gürcüstan bürosuna Heydər Əliyev adına Gürcüstan-Azərbaycan Humanitar Universitetinin müəllimi, istirahət zamanı qrup rəhbəri olmuş Əli Abbasov bildirib. Ə. Abbasov deyib ki, Borçalı gəncləri Azərbaycanın, xüsusilə Bakı şəhərinin qədim və tarixi yerlərini gəzib, bu yerlər barədə onlara məlumatlar verilib. Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə istirahət edən Borçalı gəncləri Heydər Əliyevin məzarını, Şəhidlər Xiyabanını ziyarət ediblər.
İstirahət günlərində Diasporla İç Üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, komitənin məsul işçiləri gənclərlə görüşə gəliblər. Gənclər istirahətin təşkili üçün Azərbaycan dövlətinə, Diasporla İş Üzrə Dövlət Komitəsinə təşəkkürlərini bildiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR