Bank Of Baku

Bakıda yol qəzasında bir ailənin beş üzvü ağır yaralanıb, 12 yaşlı qız isə ölüb

Bakıda yol qəzasında bir ailənin beş üzvü ağır yaralanıb, 12 yaşlı qız isə ölüb
# 03 avqust 2009 09:07 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Azərbaycan paytaxtında ölümlə nəticələnən yol qəzası baş verib. Bu barədə APA-ya Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib. Məlumata görə, hadisə avqustun 1-i saat 20.00 radələrində Nardaran bağ massivi, Teymurov küçəsində baş verib. Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü Qurbanov Tahir Heybət oğlunun idarə etdiyi “Nissan” markalı, 90 DZ 595 dövlət nömrə nişanlı maşın əks istiqamətdə hərəkət edən, 1970-ci il təvəllüdlü Ələkbərov İmran Tofiq oğlunun idarə etdiyi “QAZ-24” markalı, 10 EC 960 dövlət nömrə nişanlı maşınla toqquşub. Nəticədə “Nissan” markalı avtomaşının sürücüsü T. Qurbanov və “QAZ-24” markalı avtomaşının sürücüsü və sərnişinləri 1976-cı il təvəllüdlü Ələkbərova Səidə Xanoğlan qızı, onun azyaşlı qızları 2003-cü il təvəllüdlü Xoşqədəm, 2008-ci il təvəllüdlü Zəhra, 2000-ci il təvəllüdlü Zeynəb xəstəxanaya yerşəşdiriliblər. İ. Ələkbərovun 12 yaşlı qızı Şeydaxanım isə hadisə yerində dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR