Bank Of Baku

Azərbaycanın rayonlarında leysan və dolu yağacaq

Azərbaycanın rayonlarında leysan və dolu yağacaq
# 03 avqust 2009 09:13 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi məlumata görə, havanın temperaturu gündüz 28-32, axşam 25-27, Abşeron çimərliklərində dəniz suyunun temperaturu 26-27 dərəcə isti olacaq.

Avqustun 4-də hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Şimal, şimal-şərq küləyi əsəcək, gündüz arabir nisbətən güclənəcək. Havanın temperaturu gecə 21-24 dərəcə, gündüz 29-33 dərəcə, Abşeron çimərliklərində dəniz suyunun temperaturu 26-27 dərəcə isti olacaq. Avqustun 5-də hava az buludlu, yağmursuz keçəcək. Şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyinə keçəcək. Havanın temperaturu gecə 22-25 dərəcə, gündüz 30-35 dərəcə isti olacaq. Avqustun 6-da hava az buludlu, yağmursuz keçəcək. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 22-25 dərəcə, gündüz 31-36 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında avqustun 4-də, əsasən gecə və axşam saatlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Bəzi dağlıq ərazilərdə yağışın lokal leysan xarakterli olacağı, qərb rayonlarında dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 20-25 dərəcə, gündüz 31-36 dərəcə, dağlarda gecə 9-14 dərəcə, gündüz 19-24 dərəcə isti olacaq. Avqustun 5-6-da hava gün ərzində əsasən yağmursuz keçəcək. Lakin avqustun 5-də gecə bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli az yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 21-26 dərəcə, gündüz 32-37 dərəcə, dağlarda gecə 9-14 dərəcə, gündüz 21-26 dərəcə isti olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR