Bank Of Baku

Azərbaycan Dövlət Sosial Müdafiə Fondunda I yarımilliyin yekunlarına dair kollegiya iclası keçirilib

Azərbaycan Dövlət Sosial Müdafiə Fondunda I yarımilliyin yekunlarına dair kollegiya iclası keçirilib
# 03 avqust 2009 09:31 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Azərbaycan Dövlət Sosial Müdafiə Fondu (DSMF) bu ilin birinci yarısındakı fəaliyyətinin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş geniş kollegiya iclası keçirib.

DSMF-nın ictimaiyyətlə əlaqələr sektorunun müdiri Elman Babayevin «APA-Economics»ə verdiyi məlumata görə, hesabat dövründə fondun gəlirləri 2008-ci ilin müvafiq dövrü ilə müqayisədə 19% artaraq 759 mln. manat təşkil edib. Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar keçən ilin müvafiq dövrünə nisbətən 25,3% artaraq 490 mln. manata çatıb. Sosial sığorta haqları üzrə daxilolmaların 56,4%-i qeyri-büdcə təşkilatlarının payına düşüb. Bu təşkilatların ödədikləri sosial sığorta haqlarının məbləği ötən ilin müvafiq dövrünə nisbətən 16,6% artıb.

İlkin məlumatlara əsasən, bu ilin yanvar-iyun aylarında DSMF-nın xərcləri 827 mln. manat olub ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 33,2% çoxdur. Bu vəsaitin 801 mln. manatı (97%) əhaliyə ödənişlərə yönəldilib ki, bu da 2008-ci ilin müvafiq dövrü ilə müqayisədə 33% çoxdur.

Kollegiya həmçinin iclasında Azərbaycanda sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramının (2009-2015-ci illər) icrası çərçivəsində 2009-cu il üçün nəzərdə tutulmuş tədbirlərin yerinə yetirilməsi vəziyyəti müzakirə olunub. Tədbirdə qeyd edilib ki, proqramla müəyyən edilmiş tədbirlərin həyata keçirilməsində sığorta-pensiya sisteminin maliyyə dayanıqlığına nail olunması, sosial sığorta prinsiplərinin gücləndirilməsi, vətəndaşların pensiya təminatının təkmilləşdirilməsi və s. məsələlərə xüsusi diqqət yetiriləcək. Kollegiya iclasında həmçinin Fondun yerli orqanlarının 2009-cu ilin yanvar-iyun aylarında fəaliyyəti ətraflı təhlil olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR