Bank Of Baku

“Bakı - islam mədəniyyətinin paytaxtıdır” mövzusunda beynəlxalq konfransın müzakirə mövzuları müəyyənləşib

“Bakı - islam mədəniyyətinin paytaxtıdır” mövzusunda beynəlxalq konfransın müzakirə mövzuları müəyyənləşib
# 03 avqust 2009 09:55 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Noyabrın 2-5-də Bakıda “Bakı - islam mədəniyyətinin paytaxtıdır” mövzusunda beynəlxalq konfrans keçiriləcək. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, konfransın əsas mövzuları “Bakının maddi və mənəvi mədəniyyətində islam amili”, “Bakının müsəlman dünyasında yeri və rolu”, “Qərb və şərq alimləri Bakı haqqında”, “Azərbaycan alimləri islam haqqında”dır. Konfrans çərçivəsində Qobustana, Bakı qalalarına, İçərişəhərə, Qız qalasına, Şirvanşahlar Sarayına, Xalça Muzeyinə, Ədəbiyyat Muzeyinə gəzintilər də təşkil olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR